Dollar manata nisbətən kəskin ucuzlaşdı
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.
1news.az-ın AMB-ə istinadən verdiyi xəbərə görə, Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən hərracın və həmin vaxtadək banklararası bazarda aparılan əməliyyatların nəticəsində manatın orta çəkili məzənnəsi 1,7301 səviyyəsində formalaşıb.
Beləliklə, manatın orta çəkili məzənnəsi bugünkü hərracda 5,2% möhkəmlənib.
Qeyd edək ki, AMB USD/AZN rəsmi məzənnəsini bu gün üçün 1,8251 səviyyəsində müəyyən edib.
1news.az
461