Çavuşoğlu: Türkiyə heç bir halda Krımın qanunsuz ilhaqını tanımayacaq | 1news.az | Xəbərlər
Dünya

Çavuşoğlu: Türkiyə heç bir halda Krımın qanunsuz ilhaqını tanımayacaq

16:13 - 10 / 02 / 2017
Çavuşoğlu: Türkiyə heç bir halda Krımın qanunsuz ilhaqını tanımayacaq

Türkiyə heç bir halda Krımın qanunsuz ilhaqını tanımayacaq.

1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, bu sözləri Ukraynada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarı Pavel Klimkinlə keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə tam olaraq Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini və siyasi vahidliyini tanıyır:

“Son 25 ildə olduğu kimi, bizim məqsədimiz birgə layihələr və strateji tərəfdaşlıq yolu ilə ölkələrimizi bir-birinə yaxınlaşdırmaqdır. Bu baxımdan hər iki ölkənin stabilliyi və təhlükəsizliyi son dərəcə önəmlidir”.

Türkiyəli nazir bildirib ki, 2016-cı ildə Türkiyəyə gedən ukraynalı turistlərin sayında 50 faiz artım qeydə alınıb və Türkiyə 1 milyon 50 min ukraynalı turist qəbul edib.

P.Klimkin isə iki ölkə vətəndaşlarının daxili sənədlərlə qarşılıqlı səfərlərinə dair razılıq əldə olunduğunu açıqlayıb:

"Bizdə vizasız rejim var. Lakin gələcəkdə Ukrayna və Türkiyə vətəndaşları bizim ölkələrimizi daxili pasportlarla ziyarət edə biləcək".

1news.az

Paylaş:
950

Son xəbərlər

Bütün xəbərlər