Azərbaycan ixrac missiyası Pakistandadır – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan ixrac missiyası Pakistandadır – FOTO

17:35 - 10 / 02 / 2017
Azərbaycan ixrac missiyası Pakistandadır – FOTO

Pakistanda səfərdə olan Azərbaycanın ixrac missiyası səfərin ilk günü İslamabad şəhərində Pakistanın aparıcı şirkətlərinin nümayəndələri ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən 1news.az-a verilən məlumata görə, görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ixracın stimullaşdırılması tədbirləri, Azərbaycanda biznes və investisiya mühiti, ixracyönümlü və rəqabətqabiliyyətli Azərbaycan məhsulları barədə məlumat verilib. 70-dən çox Pakistan şirkətinin iştirak etdiyi görüşdə Azərbaycan və Pakistan şirkətləri arasında əlaqələrin genişləndirilməsi, Pakistana ixrac imkanlarına dair müzakirələr aparılıb.

Pakistanın Ravalpindi şəhərində isə Azərbaycan şirkətlərinin mümayəndələri 40-dan çox Pakistan şirkətinin təmsilçilərinə Azərbaycanın rəqabətqabiliyyətli məhsulları barədə məlumat verib, müzakirələr aparılıb.

İxrac missiyasına Azərbaycanda meyvə-tərəvəz, meyvə şirələri, təbii mineral sular, şəkər və qənnadı məmulatları, mebel və digər sənaye məhsulları istehsalı sahəsində fəaliyyət göstərən 16 şirkətin nümayəndəsi daxildir.

İxrac missiyası bu gün Pakistanın Lahor şəhərində olacaq, Pakistan şirkətləri ilə Azərbaycan məhsullarının bu ölkəyə ixracının genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

1news.az

Paylaş:
643

Son xəbərlər

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38
Bütün xəbərlər