“Qarabağ” Gəncədən qələbə ilə qayıdır | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” Gəncədən qələbə ilə qayıdır

16:21 - 12 / 02 / 2017
“Qarabağ” Gəncədən qələbə ilə qayıdır

Fevralın 12-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turuna start verilib.

1news.az Azərtac-a istinadən xəbər verir ki, turun ilk qarşılaşması Gəncə şəhər stadionunda oynanılıb.

Yerli “Kəpəz” komandası Azərbaycan çempionu “Qarabağ”ı qəbul edib.

Baş hakim Ömər Paşayevin idarə etdiyi oyunun 65-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Mahir Mədətov komandasının qələbə qolunu vurub - 1:0.

Beləliklə, hesabındakı xalların sayını 42-yə çatdıran “Qarabağ” turnir cədvəlində liderliyini davam etdirir. “Kəpəz” isə 15 xalla altıncı pillədə yer alır.

Günün ikinci qarşılaşmasında “Zirə” doğma meydanda “Qəbələ”ni qəbul edir.

Tura fevralın 13-də keçiriləcək “AZAL”-“İnter” və “Neftçi”-“Sumqayıt” oyunları ilə yekun vurulacaq.

1news.az

Paylaş:
645

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər