Lavrov: “İranı anti-terror koalisiyasından silmək qeyri-praqmatikdir” | 1news.az | Xəbərlər
Dünya

Lavrov: “İranı anti-terror koalisiyasından silmək qeyri-praqmatikdir”

16:55 - 12 / 02 / 2017
Lavrov: “İranı anti-terror koalisiyasından silmək qeyri-praqmatikdir”

“Moskva İranın əsassız olaraq anti-terror koalisiyasından silinməsini praqmatik hesab etmir, şübhələri konkret faktlar ilə sübut etmək lazımdır”.

1news.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “NTV” telekanalında efirə gedən “Həftənin yekunları” proqramına müsahibəsində bildirib:

“Əgər ABŞ prezidenti Donald Tramp üçün beynəlxalq arenada terrorçuluqla mübarizə əsas prioritetdirsə, o zaman etiraf etmək lazımdır ki, belə desək, Suriyada İŞİD-ə qarşı hər şeydən əvvəl Rusiya aviasiyasının dəstəyi ilə Suriya ordusu, eyni zamanda müəyyən dəstələr, o cümlədən İranın dəstəyinə arxalanan "Hizbullah" təşkilatı mübarizə aparır. Burada prioritetlər arasında seçim etmək lazım gələcək”, - Lavrov söyləyib.

“Ona görə biz konkret faktların təqdim olunmasını istəyirik, həmçinin İran və ya digər ölkə ilə bağlı...əgər şübhə varsa, o zaman gəlin onu nəzərdən keçirək, lakin əsassız olaraq İranı anti-terror koalisiyasından silmək qeyri-praqmatikdir”, - Rusiyanın XİN rəhbəri əlavə edib.

1news.az

Paylaş:
831

Sizin üçün xəbərlər

Son xəbərlər

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52
Bütün xəbərlər