Tramp: “ABŞ Yaponiyanın arxasında dayanır” | 1news.az | Xəbərlər
Dünya

Tramp: “ABŞ Yaponiyanın arxasında dayanır”

17:36 - 12 / 02 / 2017
Tramp: “ABŞ Yaponiyanın arxasında dayanır”

Şimali Koreya ballistik raketini sınaqdan keçirib.

1news.az Trend-ə istinadən xəbər verir ki, bu, ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən bəri ilk belə sınaqdır.

Tramp Yaponiyanın Baş naziri Shinzo Abeni əmin etməyə çalışıb ki, Amerika "böyük müttəfiqi Yaponiyanın arxasında dayanır, 100 faiz".

Raket şərq istiqamətində, Yaponiya Dənizinə doğru 500km uçub, Cənubi Koreya rəsmiləri bildirib.

Abe deyib ki, sınaq "tamamilə qəbuledilməzdir". Yaponiya rəsmilərinə əsasən, raket ölkənin ərazi sularına daxil olmayıb.

ABŞ-a səfəri zamanı birgə mətbuat konfransında çıxış edərkən cənab Abe deyib ki, Tramp Yaponiya ilə "alyansımızı daha da gücləndirəcəyimizə" öhdəliyini vurğuladı.

1news.az

Paylaş:
659

Son xəbərlər

Bütün xəbərlər