Meksikada Tramp əleyhinə nümayişlər keçirilir | 1news.az | Xəbərlər
Dünya

Meksikada Tramp əleyhinə nümayişlər keçirilir

09:28 - 13 / 02 / 2017
Meksikada Tramp əleyhinə nümayişlər keçirilir

Rəsmi Mexiko ilə Vaşinqton arasında diplomatik böhranın dərinləşdiyi bir vaxtda minlərlə meksikalı ABŞ prezidenti Donald Trampa və onun Meksika ilə sərhəddə divarın tikintisi ilə bağlı layihəsinə qarşı nümayiş keçirib.

Əllərində Meksika bayraqları tutan nümayişçilər şirkətlərin, vətəndaş cəmiyyətlərinin və universitetlərin çağırışı ilə küçələrə axışıblar.

Sosial şəbəkələrdə #VibraMexico haştaqı ilə başlanan etiraz aksiyası ölkənin ikinci şəhəri olan Qvadalaharada da keçirilib. İyirmiyə yaxın digər şəhərdə isə nümayişlərə hazırlıqlar görülür.

RİA Novosti

Paylaş:
692

Son xəbərlər

Bütün xəbərlər