Bu ölkə də Türkiyəyə “yox” dedi | 1news.az | Xəbərlər
Dünya

Bu ölkə də Türkiyəyə “yox” dedi

15:09 - 04 / 03 / 2017
Bu ölkə də Türkiyəyə “yox” dedi

Almaniyadan sonra daha bir dövlət Türkiyənin ölkəsində tədbir keçirməsinə icazə verməyib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Hollandiya Türkiyə rəsmilərinin referendumla bağlı Rotterdam şəhərində tədbir keçirmək istəyinə rədd cavabı verib.

Hollandiya rəsmisi bildirib ki, tezliklə Ankara bu barədə məlumatlandırılacaq.

Qeyd edək ki, martın 11-nə planlaşdırılan tədbirə XİN başçısı Mövlud Çavuşoğlunun qatılacağı gözlənilirdi.

Onu da bildirək ki, Almaniyada da anoloji hal yaşanmışdı. Belə ki, Qaqqenau şəhərində Ədliyyə naziri Bəkir Bozdağın çıxış edəcəyi gün avtomobillərin park edilməsi üçün yerin və girişlərin az olduğu deyilərək tədbir ləğv edilmişdi.

1news.az

Paylaş:
653

Son xəbərlər

Bütün xəbərlər