Polşada Bakıxanovun xatirə lövhəsi açılacaq | 1news.az | Xəbərlər
Müsahibə

Polşada Bakıxanovun xatirə lövhəsi açılacaq

10:40 - 03 / 05 / 2017
Polşada Bakıxanovun xatirə lövhəsi açılacaq

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Lubelski povyatının starostası (rəhbəri) Pavel Pikula, rayon idarə heyətinin üzvü Dariuş Qayo, Təhsil və ictimai məsələlər üzrə direktor Beata Yanişevska-Brudiş və N.Kopernik adına məktəbin direktoru Eljbieta Kaşlikovska ilə görüşüb.

Səfirlikdən 1news.az-a verilən məlumata görə, görüşün əsas məqsədi A.A.Bakıxanov və N.Kopernikə həsr edilmiş xatirə lövhəsinin quraşdırılması ilə bağlı danışıqların aparılması olub.

Danışıqlar nəticəsində xatirə lövhəsinin açılışı cari ilin 6 iyun tarixinə təyin edilib.

Bu tarix  N.Kopernik adına məktəbdə hər il ənənəvi olaraq Elm günü kimi qeyd edilir.  Məktəbdə xatirə lövhəsinin açılışını nəzərə alaraq, rəhbərlik bu il keçiriləcək tədbiri A.A.Bakıxanova həsr edəcək.

Pərvanə Sultanova

Paylaş:
1982

Sizin üçün xəbərlər

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər