Belçika nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Belçika nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib – FOTO

16:27 - 04 / 05 / 2017
Belçika nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib – FOTO

Azərbaycanda səfərdə olan Belçikanın Brüssel paytaxt regionu parlamentinin bölgə müvəkkili Emil Özkaranın rəhbərlik etdiyi nümayəndə heyəti mayın 4-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Nümayəndə heyəti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsinin önünə də əklil qoyub.

S.Xankişiyeva

Paylaş:
784

Son xəbərlər

Bütün xəbərlər