Polad Bülbüloğlu ermənilərin “Ölməz alay”ın yürüşlərində təxribat törətməsi məsələsini Rusiya XİN-də qaldırıb | 1news.az | Xəbərlər
Siyasət

Polad Bülbüloğlu ermənilərin “Ölməz alay”ın yürüşlərində təxribat törətməsi məsələsini Rusiya XİN-də qaldırıb

16:35 - 11 / 05 / 2017
Polad Bülbüloğlu ermənilərin “Ölməz alay”ın yürüşlərində təxribat törətməsi məsələsini Rusiya XİN-də qaldırıb

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşüb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüş səfirin xahişi ilə baş tutub. Görüş zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələlərinə dair müzakirələr aparılıb.

Polad Bülbüloğlu mayın 9-da Moskva və Sankt-Peterburq şəhərlərində Qələbə günü ilə bağlı keçirilən “Ölməz alay” («Бессмертный полк») yürüşü zamanı erməni diasporunun törətdiyi təxribatı nazir müavininin diqqətinə çatdırıb.

Səfir gələcəkdə belə halların baş verməməsi üçün müvafiq tədbirlər görülməsini istəyib.

Q. Karasin məsələni diqqətdə saxlayacağını deyib.   

Qeyd edək ki, mayın 9-da Moskva və Sankt-Peterburq şəhərlərində 9 may Qələbə günü münasibəti ilə keçirilən "Ölməz alay" (Bessmertnıy polk) yürüşlərində erməni diasporunun nümayəndələri əllərində qondarma separatçı rejimin bayraqlarını qaldıraraq "Artsax" deyə qışqırıblar. Ermənilərlə Azərbaycan diasporunun gənc fəalları arasında mübahisə yaranıb. Azərbaycanlı diaspor fəalları ermənilərdən qondarma rejimin bayrağının yığışdırılmasını tələb ediblər. Bu zaman ermənilər azərbaycanlılara hücum edib. Nəticədə azərbaycanlı iştirakçılardan bəziləri xəsarət alıb.

Hadisə yerində olan polis əməkdaşları dərhal müdaxilə ediblər.

Sank-Peterburqda yürüşdə ermənilərlə insident zamanı 10 nəfər azərbaycanlı polis bölməsinə aparılsa da, sonradan onlar sərbəst buraxılıb.

Mövzu ilə əlaqədar oxuyun:

Səfirlik: Azərbaycanlı və ermənilər arasında baş vermiş insident təxribatdır

S.Xankişiyeva

Paylaş:
772

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər