Putin Hokkey Liqasında rəqib qapısından 6 şayba keçirdi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İdman

Putin Hokkey Liqasında rəqib qapısından 6 şayba keçirdi – FOTO – VİDEO

12:21 - 11 / 05 / 2017
Putin Hokkey Liqasında rəqib qapısından 6 şayba keçirdi – FOTO – VİDEO

Rusiya prezidenti Vladimir Putin ənənəsinə uyğun olaraq bu il də “Gecə Hokkey Liqası”na qatılıb.

1news.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Soçidəki “Balşoy” buz sarayında keçirilən görüşdə Putinin oyunçu qismində iştirak etdiyi “Hokkey əfsanələri” komandası həvəskarlardan ibarət komanda ilə qarşılaşıb.

Görüş  17:6 hesabı ilə Putinin komandasının xeyrinə başa çatıb.

Həmin komandada Putinlə birgə müdafiə naziri Sergey Şoyqu, Tula vilayətinin qubernatoru Aleksey Dyumin, tanınmış hokkeyçilər Pavel Bure, Vyaçeslav Fetisov və başqaları çıxış ediblər.

11 nömrəli formada çıxış edən Rusiya prezidenti rəqibin qapısından 6 şayba keçirməklə yanaşı, məhsuldar ötürmələrlə də fərqlənib. Müdafiə naziri Sergey Şoyqu isə 3 dəfə rəqib qapısını dəqiq nişan almağı bacarıb.

Babək Cahandarov

Paylaş:
791

Son xəbərlər

Bütün xəbərlər