ABŞ konsulluğunda qorxulu anlar yaşandı: Üzərimdə bomba var | 1news.az | Xəbərlər
Dünya

ABŞ konsulluğunda qorxulu anlar yaşandı: Üzərimdə bomba var

19:32 - 15 / 06 / 2017
ABŞ konsulluğunda qorxulu anlar yaşandı: Üzərimdə bomba var

ABŞ-ın İstanbulda yerləşən Baş Konsulluğunda qorxulu anlar yaşanıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, İran əsilli Amerika vətəndaşı olan şəxs konsulluğun önündə qışqıraraq üzərində bomba olduğunu deyib.

Konsulluğun təhlükəsizlik xidməti dərhal polisə xəbər verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi saxlayaraq üzərinə baxış keçiriblər.

Məlum olub ki, onun üzərində hər hansı partlayıcı maddə yoxdur.

Adı açıqlanmayan şəxsin əqli probleminin olduğu bildirilib.

S.Xankişiyeva

 

Paylaş:
708

Son xəbərlər

Bütün xəbərlər