SOCAR xəsarət alan əməkdaşlarla bağlı açıqlama yayıb

İyunun 28-də saat 13.50 radələrində Geofizika və Geologiya İdarəsinin əməkdaşları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirmiş 34 saylı meydançanın ayağına toxunub.
1news.az-a SOCAR-dan verilən xəbərə görə, nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri almış və təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıblar.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
S.Xankişiyeva
981