İŞİD liderinin öldürüldüyü təsdiqlənib | 1news.az | Xəbərlər
Dünya

İŞİD liderinin öldürüldüyü təsdiqlənib

17:30 - 11 / 07 / 2017
İŞİD liderinin öldürüldüyü təsdiqlənib

İŞİD terror təşkilatı Əbu Bəkr əl-Bağdadinin öldüyünü bəyan edib.

1news.az TASS-a istinadən xəbər verir ki, İŞİD döyüşçüləri yaxın zamanlarda yeni "varisin" adını açıqlayacaq.    

Qeyd edək ki, bir müddət əvvəl İran mətbuatı əl-Bağdadinin ölüm faktını təsdiqləyən şəkillər yayıb. Ötən ayın ortalarında isə Rusiya Müdafiə Nazirliyi əl-Bağdadi və daha 300 döyüşçünün Suriyada aviazərbələr nəticəsində öldürüldüyünü iddia edib.

 İyulun 2-də “Əs-Sumariya” telekanalı İraqın Naynava vilayət rəhbərliyinə istinadən bəyan edib ki, İŞİD döyüşçüləri qruplaşma liderinin öldürüldüyünü iddia edən imamı qətlə yetiriblər. Mosul yaxınlığındakı Telafər yaşayış məntəqəsində yerləşən döyüşçülər əl-Bağdadiyə yaxın olan imam Əbu-Katibi “qarışıqlıq salmaqda” ittiham ediblər.

1news.az

Paylaş:
1001

Son xəbərlər

Bütün xəbərlər