Aleksand Lapşinin məhkəmə istintaqı başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Aleksand Lapşinin məhkəmə istintaqı başa çatıb

15:41 - 12 / 07 / 2017
Aleksand Lapşinin məhkəmə istintaqı başa çatıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda şahid qismində ekspert Almaz Bayramova ifadə verib. O, A. Lapşinin yazıları ilə bağlı tərtib etdiyi rəyi təsdiqləyib. A. Lapşinin vəkili Eduard Çerninin suallarını cavablandıran şahid bildirib ki, A. Lapşin yazılarında Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib: "Məsələn, yazısında göstərib ki, "Ermənistan hardadırsa, Qarabağ da ordadır". Qarabağın adını "Artsax" kimi qeyd edib". 

A. Lapşin şahidə suallar verib: "Mən yazımda göstərmişəm ki, Qarabağda Azərbaycana məxsus yüksəkliklərə Ermənistan nəzarət edir. Bəs siz nə üçün bu yazıma da rəy verməmisiniz?"

Ekspert belə bir yazıya rast gəlmədiyini deyib. 

A. Lapşinin vəkili vəsatətlə çıxış edərək, məhkəmədə dindirilən şahidlərin yalnız internet üzərindən hadisəyə istinad etməsinin məqbul sayılmadığını və şahidlərin ifadələrinin sübutlar siyahısından çıxarılmasını istəyib. 

Hakimlər Kollegiyası bu vəsatətə müşavirə otağında qərar elan edilərkən baxılacağını deyib və vəsatətin bu səbəbdən təmin etməyib. 

Prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. 

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. 

Proses iyulun 14-də davam etdiriləcək.

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib. 
 
A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.

Babək Cahandarov

Paylaş:
775

Son xəbərlər

Su polisi dənizkənarında narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb - VİDEOBu gün, 09:25AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57
Bütün xəbərlər