Şotlandiyali Monqolustana qədər yolu inək-maşında qət edəcək
Şotlandiyalı poçtalyon Monqolustana səfər etməyə hazırlaşır.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bunun üçün o, “Ford Fiesta” markalı maşınını haylend inəyinə bənzədib.
Qrem Donohi 40-cı doğum günündə dörd həftəlik səyahətə çıxmağı planlaşdırır. Mahiyyət etibarilə onun marşrutu 17 ölkənin, o cümlədən Rusiya, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Qırğızıstanın ərazilərindən keçməli və Monqolustanın paytaxtı Ulan-Batorda başa çatmalıdır.
Q.Donohi səyahət üçün "Ford Fies" maşını seçib və onu şotland cinsindən olan Moraq ləqəbli inəyə bənzədib. Onun sözlərinə görə, maşının xarici görünüşü sərhədçilərin üzündə mütləq təbəssüm yaradacaq və gömrük prosedurlarını asanlaşdıracaq. Qrem deyir ki, səyahətə hazırlaşması asan iş olmayıb. İşin ən çətini isə marşrutun keçəcəyi ölkələrin vizalarını almaq olub.
Babək Cahandarov