İmişlidə göz xəstəlikləri üzrə pulsuz tibbi müayinələr keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İmişlidə göz xəstəlikləri üzrə pulsuz tibbi müayinələr keçirilib – FOTO

09:58 - 17 / 07 / 2017
İmişlidə göz xəstəlikləri üzrə pulsuz tibbi müayinələr keçirilib – FOTO

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə İmişli rayonunda məskunlaşan məcburi köçkünlər arasında göz xəstəlikləri üzrə tibbi müayinələr keçirilib. 

1news.az-a Fonddan verilən xəbərə görə, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının 10 nəfərlik həkim briqadası göz xəstəliklərinin diaqnostikası məqsədilə 12-15 iyul tarixlərində İmişli rayonu Yeni Bəhrəmtəpə qəsəbəsində yaşayan məcburi köçkünlərin ödənişsiz olaraq müayinə, müayinə nəticələrinə görə laborator yoxlaması və əməliyyat prosedurunu aparıb. 

Layihə çərçivəsində İmişli rayonunun Yeni Bəhrəmtəpə qəsəbəsi, o cümlədən  ətraf kəndlər üzrə 400-dən çox sakin qlaukoma, katarakta, çəp gözlük, gözün müxtəlif iltihabı xəstəlikləri, göz dibi patologiyası və digər müayinələrdən keçib.

Müayinə olunanlardan 7-i Səyyar Klinikada cərrahi əməliyyat edilib. Müalicəsi qısa müddətdə mümkün olmayan xəstələr isə müalicələrinin təşkili məqsədi ilə respublikanın tibb mərkəzlərinə dəvət olunub. RİİB-in dəstəyi ilə tibbi müayinələr digər regionlarda da təşkil ediləcək.

S.Xankişiyeva

Paylaş:
1463

Son xəbərlər

Bütün xəbərlər