Mini ətəkli xanım Səudiyyə Ərəbistanını qarışdırdı | 1news.az | Xəbərlər
Dünya

Mini ətəkli xanım Səudiyyə Ərəbistanını qarışdırdı

15:20 - 18 / 07 / 2017
Mini ətəkli xanım Səudiyyə Ərəbistanını qarışdırdı

Səudiyyə Ərəbistanının müvafiq qurumları gənc bir qadının mini ətəkdə və göbəyi açıq  küçədə gəzməsi ilə bağlı videonu araşdırmağa başlayıb.

1news.az  “cnnturk”ə istinadla xəbər verir ki, video görüntüdə Kulud adlı maneken qadının Şakra  şəhəri yaxınlığındakı tarixi Uşaykır kəndində  boş bir küçədə gəzdiyi əks olunub.  Səudiyyə Ərəbistanında qadınlara bağlı çox mühafizakar geyim qaydaları var. Qadınların başörtüsüz gəzməsi, avtomobil sürməsi qadağan edilib. Həmçinin, qadınların qohum olmadıqları kişilərlə küçəyə çıxmalarına da icazə verilmir.

Sosial mediada yayılmış görüntülər böyük müzakirələrə səbəb olub. Bəziləri qadının öz geyimi ilə qanunları pozduğunu, bəziləri isə, qadını cəsarətinə görə təbrik edib.

Görüntülərin paylaşıldığı kənd Səudiyyə Ərəbistanının ən mühafizəkar bölgələrindəndir. İlk olaraq Snapchat-dan paylaşılan video, qısa müddətdə Twitter-də yayılıb. Bəzi istifadəçilər qadının cəzalandırılmalı olduğunu, bir qism isə istədiyini geyə biləcəyini yazıb.

Din polisi səlahiyyətliləri Twitter-də yayılan açıqlamada əlaqədar qurumlarla təmasda olduqlarını bəyan ediblər. Keçən il paytaxt Ər-Riyadda məşhur bir kafenin qarşısında çəkilmiş başörtüsüz fotoşəkilini Twitter'da paylaşan bir qadın həbs olunmuşdu.

1news.az

Paylaş:
788

Son xəbərlər

Bütün xəbərlər