“Qarabağ”ın “Samtredia” sınağı | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ”ın “Samtredia” sınağı

17:32 - 18 / 07 / 2017
“Qarabağ”ın “Samtredia” sınağı

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxacaq.

1news.az-ın məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Gürcüstanın “Samtredia” klubunun qonağı olacaq.

Bakıda keçirilən ilk oyunda rəqibinin qapısından 5 cavabsız top keçirən Qurban Qurbanovun yetirmələrinin səfər matçından sərfəli nəticə ilə qayıdacağı gözlənilir.

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

18 iyul

21:00. “Samtredia” (Gürcüstan) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Srcan Yovanoviç

Yan xətt hakimləri: Uroş Stoykoviç, Milan Mihayloviç

Dördüncü hakim: Marko Popoviç (hamısı Serbiya)
UEFA nümayəndəsi: Pol Daniel Zaharia (Rumıniya)

Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)

Tiflis. Boris Payçadze adına “Dinamo Arena”

İlk oyun – 0:5

Babək Cahandarov

Paylaş:
702

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər