Rus dilini rəsmiləşdirmək təklifinə cavab - Ermənistan Aİİ-dən çıxa bilər | 1news.az | Xəbərlər
Ermənistan

Rus dilini rəsmiləşdirmək təklifinə cavab - Ermənistan Aİİ-dən çıxa bilər

10:27 - 18 / 07 / 2017
Rus dilini rəsmiləşdirmək təklifinə cavab - Ermənistan Aİİ-dən çıxa bilər

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodininin Ermənistanın rus dilinə rəsmi status verməsini təklif etməsi gözlənilməz təklif deyil.

1news.az “tert.am”a istinadla xəbər verir ki, bunu erməni millət vəkili Edmond Marukyan deyib.

Onun sözlərinə görə, Rusiya ərazisində milli sürücülük vəsiqələrinin tanınmasına dair qanunun qəbulunun Ermənistan üçün açıq mesaj olduğu barədə ilk xəbərdarlıq edənlərdən olub: 

“ Orada vurğulanıb ki, ermənilərin milli sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınması üçün rus dilinə rəsmi status verməlisiniz. Mən bunun Ermənistan hakimiyyətinə açıq-aydın bir mesaj olduğunu demişdim, indi isə parlamentin sədri bunu deyir. Hesab edirəm ki, bu, qəbuledilməzdir.

Marukyan əlavə edib ki, məsələ ilə bağlı Ermənistan konstitusiyasında heç bir boşluq  yoxdur: 

"Ermənistan konstitusiyasında dəqiq vurğulanıb ki, ölkənin rəsmi dili erməni dilidir".

O deyib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür, bunu nəzərə alaraq işçilər Rusiya və digər üzv ölkələrin ərazisində işləyə bilərlər. Əgər bu qadağan edilirsə, onda Ermənistan Aİİ-dən çıxmaq prosesinə başlaya bilər:

Biz indi Aİİ-dən çıxmaq üçün tədbirləri nəzərdən keçirməliyik". 

Pərvanə Sultanova

Paylaş:
909

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər