Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

09:38 - 19 / 07 / 2017
Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bu gün Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə 1news.az-a “Azərsu” ASC-nin ctimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Məlumata görə, magistral su xəttinin yerinin dəyişdirilməsi və birləşmələrin verilməsi ilə əlaqədar 19 iyul  tarixində gün ərzində Nəsimi rayonunun  bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Babək Cahandarov

Paylaş:
753

Son xəbərlər

Bütün xəbərlər