Türkiyə və Yunanıstan sahillərində güclü zəlzələ baş verib: 2 nəfər ölüb, 70-i xəsarət alıb - FOTO | 1news.az | Xəbərlər
Dünya

Türkiyə və Yunanıstan sahillərində güclü zəlzələ baş verib: 2 nəfər ölüb, 70-i xəsarət alıb - FOTO

09:15 - 21 / 07 / 2017
Türkiyə və Yunanıstan sahillərində güclü zəlzələ baş verib: 2 nəfər ölüb, 70-i xəsarət alıb - FOTO

Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, zəlzələ Türkiyənin kurort şəhəri Bodrumda və Yunanıstanın Kos adasında hiss olunub.

Yunanıstanda binanın uçması nəticəsində 2 nəfər ölüb, Türkiyədə isə 70 nəfər xəstəxanalara müraciət edib.

Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 kilometr, Yunanıstanın Kos adasından isə 16,2 kilometr aralıda yerləşib.

S.Xankişiyeva

Paylaş:
1052

Son xəbərlər

Bütün xəbərlər