Türkiyədə yenidən zəlzələ baş verib | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə yenidən zəlzələ baş verib

23:05 - 21 / 07 / 2017
Türkiyədə yenidən zəlzələ baş verib

Türkiyədə Egey dənizinin sahillərində 5,0 bal gücündə zəlzələ baş verib.

1news.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 20:09-da qeydə alınan yeraltı təkanların episentri Muğla vilayətinin Datça rayonu yaxınlığında yerləşib.

Qeyd edək ki, ötən gecə Egey dənizi sahillərində baş verən 6,7 ballıq zəlzələ nəticəsində 70-dək Türkiyə, 100-dən artıq Yunanıstan vətəndaşı xəsarət alıb.

1news.az

Paylaş:
955

Son xəbərlər

Bütün xəbərlər