KPMG müştərilər üçün “Azərbaycanda transfer qiymətlərinin müəyyən edilməsi. Bu prosesə necə hazırlaşmaq lazımdır?” mövzusunda seminar keçirib - FOTO

İyulun 20-də KPMG Azərbaycan şirkəti müştərilər üçün “Azərbaycanda transfer qiymətlərinin müəyyən edilməsi. Bu prosesə necə hazırlaşmaq lazımdır?” mövzusunda seminar keçirib. Tədbir JW Marriott Abşeron otelində təşkil olunub.
Seminarda transfer qiymətlərinin müəyyən edilməsi ilə bağlı yeni qaydaların əsas aspektləri və şirkətlərin fəaliyyətinə onların mümkün təsiri, xüsusən: TQM qaydaları əsasında fəaliyyət; Azərbaycanda TQM qaydalarının qısa icmalı; TQM üzrə əsaslandırmanı necə hazırlamaq lazımdır; TQM üzrə risklərin minimallaşdırılması kimi mövzular müzakirə edilib. Bunlarla yanaşı, nəzarət olunan əməliyyatlar üzrə əsaslandırma və onun hazırlanması ilə bağlı mərhələli təlimatlar iştirakçılara təqdim edilib. Seminar zamanı MDB ölkələrində vergi orqanları ilə ən gərgin mübahisələr və TQM baxımından ən mühüm məsələlər diqqət mərkəzində saxlanılıb.
Seminarı Rusiya və Ukraynadan olan aşağıdakı mütəxəssislər aparıblar:
- Konstantin Karpuşin, Partnyor, Transfer qiymətlərinin müəyyən edilməsi, Vergi və Hüquq Xidmətləri, KPMG Ukrayna;
- Volodimir Çijikkov, Baş Ukrayna, Transfer qiymətlərinin müəyyən edilməsi, Vergi və Hüquq Xidmətləri, KPMG Ukraine;
- Uliana Maksimova, Menecer, Transfer qiymətlərinin müəyyən edilməsi, Vergi və Hüquq Xidmətləri, KPMG Rusiya.
KPMG Azərbaycan şirkətinin Vergi və Hüquq Departamentinin Partnyoru Müşfiq Əliyev tədbiri açıq elan edərək, Transfer qiymətlərinin müəyyən edilməsinin qlobal çərçivədə KPMG tərəfindən xidmətlərin göstərilməsi zamanı hər zaman prioritetlərdən biri olduğunu qeyd edib. O, KPMG Azərbaycan şirkətinin ölkədə transfer qiymətlərinin müəyyən edilməsinin inkişafı istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.
İki sessiyadan ibarət olan seminarın sonunda sual-cavab sessiyası keçirilib.
Seminarda müxtəlif şirkətlərdən 60-a qədər nümayəndə iştirak edib.
Reklam hüququnda