İranda 5,2 bal gücündə zəlzələ olub | 1news.az | Xəbərlər
Dünya

İranda 5,2 bal gücündə zəlzələ olub

09:10 - 24 / 07 / 2017
İranda 5,2 bal gücündə zəlzələ olub

İranın cənub-şərq hissəsində 5,2 bal gücündə zəlzələ baş verib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu haqda ABŞ-ın Geoloji xidməti xəbər verir.

Yeraltı təkanlar UTC vaxtı ilə 17.32 radələrində qeydə alınıb. Zəlzələnin episentri Kirman şəhərindən 43 kilometr şərqdə olub. Zəlzələnin ocağı 40,6 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

S.Xankişiyeva

Paylaş:
505

Son xəbərlər

Bütün xəbərlər