Bakıda yaşayış binasında yanğın baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yaşayış binasında yanğın baş verib

11:17 - 24 / 07 / 2017
Bakıda yaşayış binasında yanğın baş verib

Bakının Yasamal rayonunda yaşayış binasında baş verən yanğın nəticəsində binanın dam örtüyü 350-400 kvadratmetr sahədə yanıb.

1news.az  APA-ya istinadla xəbər verir ki, bunu Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov bildirib.

Onun sözlərinə görə, yanğının səbəbləri əlaqədar qurumlar tərəfindən araşdırılacaq və müvafiq qərar veriləcək. Qeyd olunub ki, yanğın zamanı ziyan çəkən sakinlərə müvafiq yardım göstəriləcək.

 Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov  deyib ki, ilkin ehtimala görə, yanğın elektrik naqillərində qısaqapanmadan baş verib.

 Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb, sakinlər təxliyə edilib.

  10:34

Bakıda yaşayış binasında yanğın başlayıb.

1news.az  APA-ya istinadla xəbər verir ki, hadisə Yasamal rayonu İnşaatçılar prospekti 152-154 ünvanında yerləşən 5 mərtəbəli binada qeydə alınıb.

Binanın damında başlayan yanğının bir neçə mənzilə keçdiyi bildirilir. Sakinlər təxliyə olunub.

Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

 1news.az

 

 

 

 

Paylaş:
628

Son xəbərlər

Prezident quru sərhədlərin bağlı olmasından danışdı: Bizi böyük fəlakətlərdən xilas etdiBu gün, 13:15Sabah yağış yağacağı gözlənilir - ProqnozBu gün, 13:03VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib, say artırılıb - ADLARBu gün, 12:50“Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır”Bu gün, 12:36“Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin rəsmi açılış mərasimi keçirilibBu gün, 12:35Dövlət başçısı ölkə qarşısında duran bəzi vəzifələri açıqladıBu gün, 12:33İlham Əliyev: Suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni üfüqlər açırBu gün, 12:31Sahibə Qafarova yenidən parlamentin sədri olduBu gün, 12:23Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - FOTO - YENİLƏNİBBu gün, 12:14Dəniz kənarının yeni incisi: PAŞA Real Estate yeni “Crescent Residences” layihəsini təqdim edibBu gün, 12:06“Biznesin müflisləşməsi” İşçi qrupunun sahibkarlıq subyektləri ilə görüşü keçirilibBu gün, 12:02Yaşa görə pensiya alanların sayı açıqlanıbBu gün, 11:23Dövlət Başçısı Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıbBu gün, 11:18Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıbBu gün, 10:56“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!Bu gün, 10:47Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötübBu gün, 10:41Qarabağ Universitetində ilk dərs günü - FOTOBu gün, 10:38Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülübBu gün, 10:25Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatırBu gün, 10:17“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə sahilboyu ərazidə təmizlik aksiyası keçirib - FOTOBu gün, 10:11
Bütün xəbərlər