Rusiyada beş azərbaycanlı yanaraq ölüb | 1news.az | Xəbərlər
Dünya

Rusiyada beş azərbaycanlı yanaraq ölüb

12:27 - 24 / 07 / 2017
Rusiyada beş azərbaycanlı yanaraq ölüb

Rusiyanın Krasnoyarsk diyarında baş verən yanğında azərbaycanlı ailə həlak olub.

1news.az-ın Rusiya KİV-nə istinadən xəbər verir ki, yanğın iyulun 24-də yerli vaxtla saat 01.35 radələrində Suxobuzimsk qəsəbəsinin yaxınlığındakı taxta tikilidə baş verib.

Yanğınsöndürənlər 40 dəqiqədən artıq müddətdə alovla mübarizə aparıb.

Yanğın nəticəsində ailənin başçısı 37 yaşlı kişi, dörd uşaq – 10, 6 və 3 yaşlı oğlanlar, həmçinin bir yaşlı qız həlak olub. Daha bir oğlan uşağı 13 yaşlı şəxs isə sağ qalıb. O, 1-3-cü dərəcəli yanıq xəsarətləri alıb. Hazırda o, xəstəxanada həkim nəzarəti altındadır.

Ana yanğın baş verən zaman evdə olmayıb.

Hadisənin səbəbi araşdırılır.

S.Xankişiyeva

Paylaş:
691

Son xəbərlər

Bütün xəbərlər