Həvəskar xanım velosipedçilərin yürüşü keçirilib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Həvəskar xanım velosipedçilərin yürüşü keçirilib – FOTO – VİDEO

14:45 - 26 / 07 / 2017
Həvəskar xanım velosipedçilərin yürüşü keçirilib – FOTO – VİDEO

“Rapha” beynəlxalq həvəskar velosiped klubunun nümayəndəsi Castin Heyin təşəbbüsü və Azərbaycanın “Cyclemania Lady” qrupunun rəhbəri Günay İmanovanın təşkilatçılığı ilə “Women 100” adlı veloyürüş keçirilib.

1news.az-ın məlumatına görə, Azərbaycanda ilk dəfə baş tutan bu veloyürüş hər il “Rapha”nın dəstəyi ilə dünyanın müxtəlif ölkələrində təşkil olunur.

Yürüşdə “Cyclemania Lady” həvəskar velosipedçilər qrupunun 7 aktiv qadın üzvü - Günay İmanova, Leyla Mirzəzadə, Rəbiyyə Oruclu, Səyyarə Hüseynli, Qumral Seyidova, Fidan Rəhimova və Gülşən Qaraşova iştirak edib.

Veloyürüş zamanı xanım velosipedçilər Şamaxı-İsmayıllı-Göyçay-Ağsu marşrutu üzrə 100 kilometr məsafə qət ediblər və qarşıya qoyulan vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəliblər.

Babək Cahandarov

Paylaş:
759

Son xəbərlər

Bütün xəbərlər