Səudiyyə Ərəbistanı Kralının dəftərxanası: Əl-Əqsa məscidi ilə bağlı səylər uğur qazanıb | 1news.az | Xəbərlər
Dünya

Səudiyyə Ərəbistanı Kralının dəftərxanası: Əl-Əqsa məscidi ilə bağlı səylər uğur qazanıb

19:58 - 27 / 07 / 2017
Səudiyyə Ərəbistanı Kralının dəftərxanası: Əl-Əqsa məscidi ilə bağlı səylər uğur qazanıb

İyulun 27-də İsrail Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidi rayonunda təhlükəsizlik tədbirlərinin ləğv olunduğunu bildirib.

1news.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Kralının dəftərxanası bununla bağlı bəyanat yayıb. Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyindən daxil olan bəyanatda deyilir:

“İki Müqəddəs Məscidin Xadimi Kral Salman bin Əbdüləziz Al Səudla bir neçə dünya ölkələri liderinin Əl-Əqsa məscidi ətrafında yaranmış vəziyyətin nizama salınması istiqamətində göstərdikləri səylər uğurla nəticələnib.

Ötən müddətdə İki Müqəddəs Məscidin Xadimi Kral Salman bin Əbdüləziz Al Səud yaranmış böhranın aradan qaldırılması məqsədilə bir neçə dövlətin rəhbərləri ilə telefon danışıqları aparıb. Həmçinin, Səudiyyə Ərəbistanı Krallığının hökuməti Amerika Birləşmiş Ştatları hökuməti ilə təmaslar qurub, müsəlmanların Əl-Əqsa məscidində dini ayinləri icra etmələrinə maneçilik törədilməməsi, məscidə daxil olmalarına qoyulan məhdudiyyətlərin ləğv edilməsi ilə bağlı səylər göstərib”.

Bəyanatda belə bir əminlik ifadə olunur ki, atılan addımlar dindarların öz ibadətlərini sakit və arxayın şəraitdə davam etdirmələrinə, qarşılıqlı hörmət və təhlükəsizliyin qorunmasına imkan yaradacaq.

Səudiyyə Ərəbistanı Krallığı müsəlmanların müqəddəs Əl-Əqsa məscidi üzərindəki haqlarını, orada tam maneəsiz və arxayın şəkildə ibadət etmək hüquqlarını vurğulayır. İki Müqəddəs Məscidin Xadimi Kral Salman bin Əbdüləziz Al Səud müqəddəs Əl-Əqsa məscidi və onun ətrafında sakitliyin bərpa edilməsinin və o yerin müqəddəsliyinə hörmət olunmasının vacibliyini qeyd edərək bildirir ki, bu gündən müsəlmanlar məscidə qayıtmalı, öz ibadətlərini orada tam arxayın və əmin-amanlıq şəraitində yerinə yetirməlidirlər.

Səudiyyə Ərəbistanı Krallığı, həmçinin Fələstin problemi ilə bağlı Ərəb Sülh Təşəbbüsü, “iki dövlət həll planı” və müvafiq beynəlxalq qərarlara uyğun olaraq ədalətli və hərtərəfli sülhün əldə edilməsinin əhəmiyyətini diqqətə çatdırır.

Pərvanə Sultanova

 

Paylaş:
1243

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər