Visa International Xalq Bankı mükafatlandırdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Visa International Xalq Bankı mükafatlandırdı

14:25 - 28 / 07 / 2017
Visa International Xalq Bankı mükafatlandırdı

Xalq Bank 2017-ci ilin birinci rübü ərzində Visa kartları üzrə orta əməliyyat məbləğində ən yüksək artıma nail olduğuna görə Visa International beynəlxalq ödəniş sistemi tərəfindən sertifikatla təltif edilib.

Xalq Bank 2017-ci ildən Visa International beynəlxalq ödəniş sisteminin prinsipial üzvüdür. Bank və Visa ödəniş sistemi 2009-cu ildən əməkdaşlıq edirlər. Xalq Bank hazırda Visa Electron, Visa Gold, Visa Classic, Visa Platinum, Visa Business və internetdə ödənişlər etmək üçün nəzərdə tutulan Visa Virtuon kartlarını buraxır. Kartları Bankın istənilən filialında pulsuz əldə etmək olar. Visa kart əməliyyatlarının təhlükəsizliyi ən müasir güvənlik sistemləri ilə təmin edilir.

Xalq Bankın kartları haqda ətraflı məlumatı www.xalqbank.az saytından və ya 138 Məlumat Mərkəzinə zəng etməklə əldə edə bilərsiniz. 

Paylaş:
1207

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər