İqtisadiyyat naziri Almaniyanın “TEMCO Group” şirkətinin rəhbəri ilə görüşüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

İqtisadiyyat naziri Almaniyanın “TEMCO Group” şirkətinin rəhbəri ilə görüşüb

17:12 - 28 / 07 / 2017
İqtisadiyyat naziri Almaniyanın “TEMCO Group” şirkətinin rəhbəri ilə görüşüb

İyulun 27-də iqtisadiyyat naziri Şahin Mustafayev Almaniyanın  “TEMCO Group” şirkətinin rəhbəri Frank Templinlə görüşüb.

1news.az-ın məlumatına görə, nazir Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı, aparılan iqtisadi islahatlar, biznes və investisiya mühiti, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən təbdirlər barədə məlumat verib.

Görüşdə qarşılıqlı iqtisadi əməkdaşlıq, alman investisiyalarının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi, eləcə də Sumqayıt Kimya Sənaye Parkında avtomobil sənayesi üçün plastik tərkibli ehtiyat hissələri istehsalının yaradılması barədə müzakirələr aparılıb.

Vurğulanıb ki, plastik tərkibli ehtiyat hissələri istehsalının təşkili üçün Sənaye Parkında xammal potensialı mövcuddur, Azərbaycanın əlverişli coğrafi mövqeyi və ticarət rejimi istehsal olunan məhsulların region ölkələrinin bazarlara ixrac imkanları yaradır.

Görüş zamanı Sumqayıt Kimya Sənaye Parkında peşə tədrisinin Almaniya təcrübəsi əsasında inkişafı da müzakirə olunub.

Görüşdə Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauser də iştirak edib.

Babək Cahandarov

Paylaş:
852

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər