Gənc mütəxəssislər “SOCAR Methanol”da təcrübəyə başlayıblar

“SOCAR Methanol” MMC-nin idarəçiliyi altında olan metanol zavodunda Yay Təcrübə Proqramı çərçivəsində gənc mütəxəssislər təcrübəyə başlayıblar.
1news.az-a MMC-dən verilən xəbərə görə, bu mərhələdə metanol zavodunda altı nəfər 3-cü və 4-cü qrup tələbələri olan gənc mütəxəssislər zavodun əsas istehsalat, köməkçi istehsalat və mexanika şöbələrində özlərini sınamaq üçün işə cəlb olunublar. Proqrama qatılan tələbələr arasında xaricdə təhsil alan həmyerlilərimiz də var.
“SOCAR Methanol” MMC ilə ödənişli müqavilə bağlayan gənc mütəxəssislər dərs ili başlayana qədər metanol zavodunda təcrübə keçəcəklər.
Qeyd edək ki, metanol zavodunda Yay Təcrübə Proqramı çərçivəsində iştirak edən tələbələr “SOCAR Methanol” MMC və “SOCAR Polymer” MMC arasında imzalanmış memoranduma əsasən cəlb olunurlar.
S.Xankişiyeva