Neft yenidən bahalaşmağa başlayıb

Dünya bazarlarında neftin qiyməti yenidən artmağa başlayıb.
1news.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,36 faiz artaraq 49,89 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,5 faiz artaraq 52,78 dollar olub.
Babək Cahandarov
701