Krallıqdan Qətərin Kəbəyə beynəlxalq status verməsi tələbinə cavab | 1news.az | Xəbərlər
Dünya

Krallıqdan Qətərin Kəbəyə beynəlxalq status verməsi tələbinə cavab

10:47 - 31 / 07 / 2017
Krallıqdan Qətərin Kəbəyə beynəlxalq status verməsi tələbinə cavab

Qətərin Məkkəni  beynəlmiləşdirilməsi tələbini irəli sürməsi bir hücumdur və Səudiyyə Ərəbistanı Krallığına savaş elanıdır.

1news.az xəbər verir ki, bunu Krallığın xarici işlər naziri Adil əl-Cubeyr Al-Arabiya kanalına açıqlamasında deyib.

O bildirib ki, Səudiyyə Ərəbistanının Kəbəyə beynəlxalq status verilməsi üçün çalışan hər kəsə cavabvermə hüququnu özündə saxlayır.

Qeyd edək ki, Qətərin belə bir tələblə çıxış etməsi dəqiq bəlli deyil . Lakin Səudiyyə Ərəbistanı  belə bir iddianın olduğunu açıqlayıb.

O bəllidir ki, Doha rəhbərliyi  səudiyyəlilərin Həcci siyasiləşdirməsini tənqid edərək, bu il qətərlilərə maneyə yaratması səbəbiylə BMT-nin xüsusi məruzəçisinə müraciət edib.

Pərvanə Sultanova

 

Paylaş:
850

Son xəbərlər

Bütün xəbərlər