SOCAR iyul ayında ixrac etdiyi xam neftin həcmini açıqlayıb

SOCAR cari ilin iyul ayında Supsa limanından 264 min 489 ton, Ceyhan limanından 1 milyon 540 min 751 ton xam neft ixrac edib.
1news.az-ın quruma istinadən verdiyi xəbərə görə, ümümilikdə yanvar-iyul ayları ərzində Novorossiysk limanından 733 min 664 ton, Supsa limanından 1 milyon 579 min 673 ton, Ceyhan limanından 9 milyon 667 min 66 ton xam neft ixrac edilib.
Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
Babək Cahandarov
841