Yaponiyada 5,5 bal gücündə zəlzələ olub
Avqustun 2-nə keçən gecə Yaponiyanın şimal-şərqində 5,5 bal gücündə zəlzələ baş verib.
1news.az-ın Lenta.ru-ya istinadla verdiyi xəbərə görə, yeraltı təkanların episentri İbaraki prefekturasında, ocağı 10 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunsa da, zəlzələdən bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib. Paytaxt regionu da daxil olmaqla Hönşü adasının mərkəzi və şimal-şərq hissələrində güclü yeraltı təkanlar hiss olunub.
Qəzalı vəziyyətdə olan “Fukusima-1” AES-də zəlzələdən sonra ştatdankənar vəziyyət qeydə alınmayıb.
S.Xankişiyeva
574