Neft yenidən ucuzlaşmağa başladı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neft yenidən ucuzlaşmağa başladı

10:26 - 02 / 08 / 2017
Neft yenidən ucuzlaşmağa başladı

Dünya birjalarında neftin qiyməti yenidən aşağı düşməyə başlayıb.

1news.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,92 faiz azalaraq 48,71 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,87 faiz azalaraq 51,33 dollar olub.

Babək Cahandarov

Paylaş:
690

Son xəbərlər

Bütün xəbərlər