AZAL əhaliyə müraciət edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL əhaliyə müraciət edib

18:48 - 04 / 08 / 2017
AZAL əhaliyə müraciət edib

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti əhaliyə müraciət edib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən  1news.az -a verilən məlumata görə, son vaxtlar AZAL tərəfindən aviabiletlərin oğurlanmış kredit kartı ilə satışı cəhdləri qeydə alınıb və qarşısı alınıb.

Müraciətdə bildirilir ki, fırıldaqçılar müştərilərə endirim adı altında sövdələşmə təklif edib, sonra oğurlanmış kartlar vasitəsilə aviaşirkətin aviabiletlərini alıblar.

 “AZAL sərnişinləri aviabiletləri yalnız aviaşirkətin etibarlı rəsmi tərəfdaşlardan və ya aviaşirkətin rəsmi internet saytından almağa çağırır. Azərbaycan ərazisində AZAL aviadaşımaları üçün aviabiletlərinin satışına rəsmi hüququ olan agentliklərin siyahısı aviaşirkətin rəsmi internet saytında təqdim olunub:  https://www.azal.az/az/article/31082015 “, -  deyə müraciətdə vurğulanıb. 

1news.az

Paylaş:
1076

Son xəbərlər

Bütün xəbərlər