Saakaşvili ilə bağlı Polşaya müraciət edildi | 1news.az | Xəbərlər
Dünya

Saakaşvili ilə bağlı Polşaya müraciət edildi

21:33 - 04 / 08 / 2017
Saakaşvili ilə bağlı Polşaya müraciət edildi

Gürcüstanın Baş Prokurorluğu sabiq prezident Mixail Saakaşvili ilə bağlı Polşa tərəfinə müraciət ünvanlayıb.

1news.az  xəbər verir ki, müraciətə səbəb M. Saakaşvilinin Polşada olması ilə bağlı yayılmış məlumatlardır.

Baş Prokurorluq Polşanın səlahiyyətli orqanlarına müraciət edib. Prokurorluq qanunla nəzərdə tutulmuş müvafiq prosedurlara başlayıb.

Qeyd edək ki, yayılmış məlumatlara əsasən, Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti ABŞ-dan Polşaya uçub. M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib.

1news.az  

 

 

 

Paylaş:
985

Son xəbərlər

Bütün xəbərlər