İlham Əliyev Donald Trampa başsağlığı məktubu göndərib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Donald Trampa başsağlığı məktubu göndərib

18:11 - 02 / 10 / 2017
İlham Əliyev Donald Trampa başsağlığı məktubu göndərib

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Las-Veqas şəhərində keçirilən musiqi festivalı zamanı insanların qəddarcasına atəşə tutulması nəticəsində çoxsaylı tələfat və yaralananlar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

S.Xankişiyeva

 

 

Paylaş:
986

Son xəbərlər

Bütün xəbərlər