MFL 2017-2018: Daha çox komandalar, dünya futbolunun ulduzları, Fantasy Football və digər sürprizlər – FOTO
Azərbaycanda ən böyük həvəskar mini futbol liqası MFL-in ikinci mövsümünün başlanmasına sayılı günlər qalıb.
Birinci mövsümün bitməsindən çox az zaman keçməsinə baxmayaraq, komandalar daha əyləncəli olacaq yeni mövsümünün açılışını səbrsizliklə gözləyirlər.
“MFL hər kəsi təəccübləndirəcək”, - dünən Çaynataun restoranında baş tutan püşkatma mərasimində liqanın direktoru və həmtəsisçisi Rəhman Hacıyev yeni mövsümün başlanması ərəfəsində iştirakçıların diqqətini çəkib.
MFL genişlənir. İndi buradakı komandaların sayı 54-ə çatıb. Bununla yanaşı ikinci mövsümün proqramı daha da zənginləşib. Burada ailəvi istirahət və əyləncəli hissəni özündə birləşdirən çoxsaylı layihələr də yer alıb. Burada biznes-seqment sahəsində də yeniliklər olacaq. MFL yalnız həvəskar futbolçular üçün liqa deyil, eləcə də bura biznes-müqavilələr, yeni tanışlıq və netvorkinqlə bağlı meydançaya da çevrilir.
Fristayl idman növü üzrə dünya ulduzu Sian Qarnyenin yaddaşından Bakı səfəri silinməyib. Bakıya səfəri zamanı o, öz komandası ilə MFL-in ən yaxşı futbolçularına qarşı yoldaşlıq oyunu keçirmişdi. Qarşıda isə yeni mövsüm, eləcə də yeni sürpriz və şoular var.
Lakin əlbətt ki, MFL – ilk növbədə futboldur. Əgər ötən il liqa və komandalar “Məhəllədən futbol meydançalarına doğru” şüarını əks etdirirdilərsə, yeni mövsümdə bir çox komandalar peşəkarlıq istiqamətində ciddi addımlar atıblar.
Artıq MFL-də məşqçisiz komandalar tapmaq çətindir. Komandalar yeni mövsümə irinci çempionatın bitməsindən sonra hazırlaşmağa başlayıblar. Azərbaycanın Futzal Yığması üzrə kapitanı Rizvan Fərzəliyevin adını çəkmək kifayətdir ki, komandaların yeni mövsümə necə ciddi yanaşması aydınlaşsın.
Buna liqa da hazırdır. MFL çatışmazlıqları üzərində də çalışaraq peşəkar planda inkişaf edir. AFFA-nın da matç təşkilatçılığında, eləcə də hakimlərə nəzarətdə rolu artır.
MFL-in tərəfdaşlarının da sayı çoxalır, bunlar arasında McDonalds, Black Gold, Muganbank, Baku City Hospital və AZAL kimi brendlər də yer alıb.
“Komandalar liqada iştirakdan böyük zövq alacaqlar. Buna görə də püşkatma mərasimini daha rahat şəraitdə keçirmək qərarına gəldik”, - bunu MFL-in direktoru Rəhman Hacıyev bildirib.
Birinci mövsümdə komandaları futbol meydançaları ilə bağlı narahat edən problemlər öz həllini tapıb. Hazırda bağlı meydançaların sayı üçə çatıb. Buna görə də oyunların intensivliyi də artacaq, komandalar isə növbə gözləməli olmayacaqlar. Oyunlar Bakı Olimpiya Stadionunun əraizisində yerləşən Sportster kompleksinin meydanlarında aparılacaq.
R.Hacıyevin sözlərinə görə, meydançalar genişləndirilir:
“İndi burada azarkeşlər üçün də yerlər nəzərdə tutulub. Azarkeşlər yağışlı havada dayanmayacaq və ya oyun zamanı iştirakçılara mane olmayacaqlar”.
Mərasimdə çıxış edən “Birləşmiş Futbol Təşkilatları” İçtimai Birliyinin prezidenti Elxan Tağızadə komandalara uğurlar diləyib:
“Bu, dostluq turniridir, qoy ən güclü qalib gəlsin”.
Püçkatma zamanı komandalar 5 səbətə bölünüb. MFL-də ötən məvsümdə olduğu kimi, bu dəfə də iki konferensiya olacaq və komandalar dairəvi sistem üzr bir-birilə iki dəfə oynayacaq. Lakin bu dəfə komandalar bir birilə bir dəfə oynayacaq. Cavab oyunu olmayacaq.
Hər konferensiyadan altı komanda birbaşa pley-off mərhələsinə düşəcək. Eləcə də pley-offun nəticələrinə görə 7-10-cu yerdə qərarlaşmış daha dörd komanda müəyyən ediləcək.
Baxmayaraq ki, MFL-in püşkatma məraisimi dünən baş tutdu, iştirakçılar arasında ötən mövsümün çempionları GSP Logistics, eləcə də finalist – Underdog komandası yox idi.
MFL-in tərəfdaşı, Sport Marketing Group-un rəhbəri Ayaz Əhmədov bildirib ki, hər iki komandaya oktaybrın 10-dək bütün məsələlərin həlli üçün vaxt verilib və onlar əgər istəsələr ikinci mövsümdə də iştirak edə bilərlər:
“Yuxarıda adları sadalanmış iki komanda istisna olmaqla, ötən mövsümdə iştirak etmiş, pley-off mərhələsinə yüksəlmiş komandalar da ikinci mövsümdə iştirak edə bilər. Qeyd etmək istərdim ki, bütün komandalar yeni mövsümə ciddi yanaşır”.
A.Əhmədov qeyd edib ki, bütün iştirakçıları sürprizlər gözləyir:
“Xüsusilə All Stars matç-şou yeni formatda olacaq. Belə ki, dünya futbolunun ulduzlarının iştiarkı ilə matçlar da təşkil ediləcək. Həmçinin komandaları maraqlı yeniliklər gözləyir. Həmçinin Fantasy Football platformasını da istifadəyə verəcəyik. Burada iştirakçılar mükafat uğurunda mübarizə aparacaqlar”.
Həmçinin o, qeyd edib ki, Liqanın qaliblərini ötənilki kimi mükafatlar gözləyir.
Rəhman Hacıyev də öz növbəsində qeyd edib ki, ikinci mövsüm birincisindən fərqlənəcək:
“Komandaların sayı çoxalıb, pley-off mərhələsinə dəyişikliklər edilib. Həmçinin bizləri çoxlu layihələr də gözləyir. Əsasən də uşaqlar üçün layihələr keçirməyi planlaşdırırıq. Biznes-seqmentlər üçün xüsusi – futbol forum istiqamətində tədbir keçirməyi planlaşdırırıq. Biznes və futbol bir-birinə yaxın olmalıdır”.
Tərcümə: S.Xankişiyeva