Bank Respublika yenidən “Zolotaya korona” sisteminə qoşulub
Bank Respublika “Zolotaya korona” sistemi üzrə təcili pul köçürmələrini bərpa edib.
MDB və digər xarici ölkələri əhatə edən sistem vasitəsilə pulköçürmə xidmətləri hal-hazırda Bakıda “Neftçilər”, “Əhmədli” və “Bakıxanıv” filiallarında, bölgələrdə isə Lənkəran, Masallı, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala filiallarında göstərilir.
Müştərilər vəsaitləri iki valyutada - ABŞ dolları və Rusiya rublunda ani məqamda göndərə və ala bilərlər. Sərfəli tariflərlə - 1 faizdən (məbləğdən və istiqamətdən asılı olaraq) seçilən köçürmələr ani, ünvansız və hesab açılmadan həyata keçirilir.
Bank müştərilərinə ani pul köçürmələrinin geniş imkanlarını təqdim edir.
444