Ramil Usubov: “Cinsi azlıqların nümayəndələri məsuliyyətdən yaxa qurtarmağa çalışırlar” | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramil Usubov: “Cinsi azlıqların nümayəndələri məsuliyyətdən yaxa qurtarmağa çalışırlar”

18:27 - 16 / 10 / 2017
Ramil Usubov: “Cinsi azlıqların nümayəndələri məsuliyyətdən yaxa qurtarmağa çalışırlar”

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakıda cinsi azlıq nümayəndələrinin saxlanılması ilə bağlı məlumatların təqdim edilməsi barədə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Mujnieksin müraciətinə cavab verib.

1news.az-ın Avropa Şurasının saytına istinadən verdiyi məlumata görə, R. Usubov cavab məktubunda qeyd edib ki, Bakıda cinsi azlıqlara qarşı tədbirlər əhalinin çoxsaylı şikayətləri əsasında aparılıb: “Daxil olan şikayətlər əsasında Bakı şəhərində sentyabrın 15-dən 30-dək həyata keçirilmiş profilaktik tədbirlərlə paytaxtın müxtəlif ərazilərində toplaşan cinsi azlıqların yüzlərlə nümayəndəsindən yalnız ictimai qaydanı kobud surətdə pozaraq xırda xuliqanlıq törədən, həmin yerlərdə ictimai qaydanın mühafizəsi vəzifəsini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmayan 83 nəfər saxlanılıb və barələrində qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşmə aparılıb. Saxlanılan şəxslərin yol verdikləri qanun pozuntuları məhkəmə qaydasında sübuta yetirildiyindən onlardan 56 nəfəri barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq) maddələri ilə 5 gündən 30 günədək inzibati həbs tətbiq olunub, 18 nəfər cərimələnib, 9 nəfərə xəbərdarlıq edilib”.

R.Usubov məktubunda həmçinin saxlanılan cinsi azlıqlarda təhlükəli infeksiyaların aşkarlandığını qeyd edib: “Müayinələrin nəticələrinə görə 32 nəfərdə müxtəlif zöhrəvi xəstəliklər, o cümlədən 16 nəfərdə sifilis, 6 nəfərdə AİDS, 6 nəfərdə HİV, daha 2 nəfərdə Hepatit HCV virusu aşkar edilib. Eləcə də zöhrəvi xəstəlik aşkar edilməmiş daha 24 nəfərin həbsdə saxlanıldığı müddətin islah olunmaları üçün kifayət etməsi nəzərə alınaraq onlar oktyabrın 2-də məhkəmələr tərəfindən vaxtından əvvəl inzibati həbsdən azad ediliblər”.

Nazir bəyan edib ki, saxlanılan cinsi azlıqların hüquqlarının pozulması ilə bağlı iddiaların heç bir əsası yoxdur: “Azərbaycanda bütün qrup insanların hüquqları heç bir məhdudiyyət olmadan təmin edilir və cinsi azlıqlarla bağlı respublikamızda mövcud olan vəziyyət əksər Avropa dövlətlərindəki vəziyyətdən fərqlənmir. Lakin son illər ölkəmizdə hansısa hüquqazidd əməli törətmiş cinsi azlığın nümayəndələri özlərinin cinsi oriyentasiyasını önə çəkməklə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Bu cür məsələlər isə Azərbaycanda yalnız müvafiq beynəlxalq təşkilatların da hüquqi ekspertizasından keçmiş qanunvericilik aktları çərçivəsində həll edilir. Odur ki, cinsi azlıqların nümayəndələrinin hüquqazidd əməl törətməsi onları məsuliyyətdən azad edə bilməz”.

1news.az

Paylaş:
446

Son xəbərlər

Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57Təkrar sertifikasiyadan keçən müəllimlərin sayı açıqlandıBu gün, 14:47DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülübBu gün, 14:40Bakının 8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır - FOTO - VİDEOBu gün, 14:18İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olubBu gün, 14:15Azərbaycan və Özbəkistan ikitərəfli əməkdaşlığın genişləndirilməsini dəyərləndiribBu gün, 13:58Azərbaycanda üç yeni peşə bayramı günü təsis edilib - SƏRƏNCAMBu gün, 13:37Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulubBu gün, 13:16Müdafiə Nazirliyinin rəhbərliyi “ADEX” Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edibBu gün, 13:07Sabah hava necə olacaq? - PROQNOZBu gün, 13:05Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilibBu gün, 12:44Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilibBu gün, 12:37Ağdamda istehsalat müəssisələrinin Azərbaycan iqtisadiyyatına təsirləri – “Bu, yeni ixrac imkanları deməkdir” - ŞƏRHBu gün, 12:31Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıbBu gün, 12:09Beynəlxalq axtarışda olan altı nəfər Azərbaycana ekstradisiya edilibBu gün, 12:04Bu gün Əminə Yusifqızının doğum günüdürBu gün, 11:54FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:04Qızılın bahalaşması davam edirBu gün, 10:48
Bütün xəbərlər