Rauf Əliyev Albaniyada növbəti qolunu vurdu | 1news.az | Xəbərlər
Futbol

Rauf Əliyev Albaniyada növbəti qolunu vurdu

18:58 - 16 / 10 / 2017
Rauf Əliyev Albaniyada növbəti qolunu vurdu

Albaniya Super Liqasında VI turun oyunları keçirilir.

1news.az-ın məlumatına görə, millimizin sabiq üzvü Rauf Əliyevin komandası “Kukesi” evdə “Teuta”nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan birini Rauf vurub. O, 90+4-cü dəqiqədə fərqlənib. Bu, Raufun Albaniya çempionatında 2-ci qoludur.

Qeyd edək ki, “Kukesi” 6 turdan sonra 13 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır.

1news.az

Paylaş:
511

Son xəbərlər

Bütün xəbərlər