Sumqayıtda iranlı tələbəni öldürən dəstənin digər cinayət əməlləri də ifşa edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda iranlı tələbəni öldürən dəstənin digər cinayət əməlləri də ifşa edilib

13:50 - 20 / 10 / 2017
Sumqayıtda iranlı tələbəni öldürən dəstənin digər cinayət əməlləri də ifşa edilib

Daxili işlər və prokurorluq orqanlarının əməkdaşlarının yüksək peşəkarlıqla birgə həyata keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində son bir neçə ayda şəxsiyyət əleyhinə olan ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edilib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, oktyabrın 12-də üzərində zorakılıq əlamətləri olan İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunub. Daxil olan məlumat əsasında şəhər prokurorluğu və Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəhər sakinləri Yunus Camallı, Natiq Babaverdiyev, Şəki şəhər sakini Pərvin Əlməmmədov, Ağsu rayon sakini Zahid Dünyamalıyev və İmişli rayon sakini Ceyhun Talıblı tutularaq istintaqa cəlb olunublar.

Aparılan ilkin istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, Y.Camallı, N.Babaverdiyev, C.Talıblı, P.Əlməmmədov və Z.Dünyamalıyev quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə  qabaqcadan əlbir olub oktyabrın 11-də  gecə saat 4 radələrində mərhumun yaşadığı ünvana gəlib evə qanunsuz daxil olaraq S.Mohtatini qəsdən öldürüblər. Amma dəstə üzvləri evdən hər hansı qiymətli əşya əldə edə bilməyiblər.

Qeyd edək ki, həmin evə basqın etməyi bir müddət əvvəl hadisənin baş verdiyi mənzilin qonşuluğunda usta işləyən Y.Camallı digər dəstə üzvlərinə təklif edib.

Dəstə üzvləri qeyd edilən cinayəti törətməyə Z.Dünyamalıyevin avtomobili ilə gediblər. O, hadisədən sonra yenidən dəstə üzvləri ilə Novxanı qəsəbəsində görüşərək onların hər birini yaşadıqları ünvanlara aparıb.

Saxlanılan şəxslərin ətraflarında Sumqayıt ŞPİ-də aparılan əlavə əməliyyat tədbirləri ilə onların cari ilin avqustun 14-də Kürdəmir rayon Xırdapay kəndində yaşayan Zahid Zərbəliyevə məxsus evə basqın etdikləri də məlum olub. Saxlanılan şəxslər ev sahibi və həyat yoldaşı Rənanın əl-ayağını yapışqanlı lentlə bağlayaraq mənzildə olan pul və qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriblər.

Qeyd edək ki, Kürdəmir rayonunda baş verən quldurluq hadisəsində P. Əlməmmədovun tanışı Rəşidə Seydiyeva da dəstə üzvləri ilə əlbir olub. O, saxlanılan digər şəxslərə Kürdəmir rayonunda yaşayan bibisinin evinə basqın etməyi təklif edib. Bu məqsədlə R.Seydiyeva dəstə üzvləri ilə birlikdə Kürdəmir rayonuna gedərək qohumunun evinin yerini onlara göstərib.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində R. Seydiyeva da saxlanılaraq istintaqa təqdim olunub.

Hazırda qeyd olunan cinayət işləri  üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, öldürülən Mohtati Saman Nemat oğlu Azərbaycan Tibb Universitetinin tələbəsi olub.

Babək Cahandarov

Paylaş:
1209

Son xəbərlər

Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57Təkrar sertifikasiyadan keçən müəllimlərin sayı açıqlandıBu gün, 14:47DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülübBu gün, 14:40Bakının 8 Noyabr prospektində asfaltlanma işləri yekunlaşır - FOTO - VİDEOBu gün, 14:18Prezident V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - FOTOBu gün, 14:15
Bütün xəbərlər