XİN: Meksikalı deputatların Dağlıq Qarabağa qanunsuz səfəri araşdırılır
Meksika parlamentində Ermənistanla dostluq qrupunun rəhbəri Kuata Dominqez Blanka Marqarita, həmin qrupun üzvü Qarsia Bravo Maria Kristina Teresa və onları müşayiət edən digər şəxsin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır”.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, məsələ ilə bağlı Azərbaycanın Meksikadakı səfirliyinə də müvafiq təlimat verilib.
1news.az
853