BNA avtobuslarda gediş haqqının artırılması xəbərinə aydınlıq gətirdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

BNA avtobuslarda gediş haqqının artırılması xəbərinə aydınlıq gətirdi

16:30 - 26 / 10 / 2017
BNA avtobuslarda gediş haqqının artırılması xəbərinə aydınlıq gətirdi

Bakı Nəqliyyat Agentliyi (BNA) müxtəlif kütləvi informasiya vasitələrində Bakı şəhərinin inzibati ərazisində avtobus xidməti göstərən daşıyıcıların müvəqqəti istismarında olan sərnişin avtobuslarında gediş haqqı qiymətlərinin artırılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

1news.az-a BNA-dan bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır:

“Ölkədə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Tarif Şurasıdır. Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil”.

1news.az

 

Paylaş:
1020

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər