Bakıda 25, bəzi rayonlarda 26 dərəcə isti olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 25, bəzi rayonlarda 26 dərəcə isti olacaq

13:49 - 29 / 10 / 2017
Bakıda 25, bəzi rayonlarda 26 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabr ayının 30-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 14-16° isti, gündüz  20-25° isti, Bakıda gecə  14-16°, gündüz  23-25° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan aşağı 754 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə  60-70 %, gündüz  40-50 % olacaq. 

Oktyabrın 30-da Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Lakin axşama doğru  bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə  10-15°, gündüz  21-26° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacağı gözlənilir. 

Babək Cahandarov

Paylaş:
685

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər