İranda zəlzələ qurbanlarının sayı 339-a çatıb, çoxsaylı yaralı var - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

İranda zəlzələ qurbanlarının sayı 339-a çatıb, çoxsaylı yaralı var - FOTO - YENİLƏNİB

12:40 - 13 / 11 / 2017
İranda zəlzələ qurbanlarının sayı 339-a çatıb, çoxsaylı yaralı var - FOTO - YENİLƏNİB

İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 339 nəfərə çatıb.

1news.az  bu barədə Press TV-yə istinadla məlumat verir.

Təbii fəlakət nəticəsində təqribən 2500 nəfər xəsarət alıb.

İraqın şimalında isə təbii fəlakət nəticəsində 6 nəfər ölüb, 200-dən çox yaralı var.

Xatırladaq ki, zəlzələ 7,4 bal gücündə qeydə alınıb.

1news.az

İran-İran sərhədində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 200 nəfəri keçib. 

1news.az xəbər verir ki, bu barədə Press TV məlumat verib.

Xatırladaq ki, İran-İraq sərhədində 7,4 bal gücündə zəlzələ baş verib.

1news.az

09:34

İran-İraq sərhədində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 168-ə çatıb.  

1news.az xəbər verir ki, bu barədə Press TV məlumat verib. Yaralıların sayı isə 1600-ə çatıb.

09:15

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb, mindən çox yaralı var.

1news.az İran mətbuatına istinadla xəbər verir ki, zəlzələ İraqla sərhəddə baş verib.

İraq ərazisində isə 6 nəfər təbii fəlakətin qurbanı olub. Zəlzələ 7,2 bal gücündə olub.

Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 10-dan çox təkrar yeraltı təkanlar qeydə alınıb.

1news.az

Paylaş:
961

Son xəbərlər

Bütün xəbərlər